SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
"Heydər Əliyevlə Zərifə Əliyevanın bir-birinə qarşı olan məhəbbəti və hörməti nümunəvi və ibrətamizdir" - Kamal Cəfərov
Heydər Əliyevlə Zərifə Əliyevanın bir-birinə qarşı olan məhəbbəti və hörməti nümunəvi və ibrətamizdir.
2 il ağır xəstəliklə çox mətin və mərd mübarizə aparan Zərifə xanım vəfatından bir gün əvvəl, axşam həyat yoldaşına bir məktub vermişdi.
Məktub bu sözlərlə bitirdi: “Məndən ötrü narahat olma, uşaqlara yaxşı bax və həmişə yadında saxla ki, səni çox sevirəm”.
Zərifə xanımın vəfatından bir neçə saat sonra isə tibb bacıları Heydər Əliyevə kağıza bükülmüş bir əşya gətirirlər. Heydər Əliyev kağızı açanda toy günü Zərifə xanıma hədiyyə etdiyi kiçik sırğanı görür. Zərifə xanımın yəqin ki, başqa zinət əşyaları da olub, ancaq o, həyatının son anlarında belə həyat yoldaşının ona toy günü hədiyyə etdiyi sırğanı taxaraq bu həyatdan köçüb.
Bu, məhəbbətin gücünü ən poetik və emosional etiraflardan da bariz şəkildə ifadə edirdi.
Bir-birini dərin məhəbbətlə sevən bu iki dahi insanın ruhları indi bir biri ilə əbədi qovuşub.